PROSEDURLARDAN AZAD OLUN

Səyahətin Keyfini Çıxarın!


SLN-M MMC, prosedurlardan azad olmaq və səyahətin keyfini çıxarmaq imkanı təmin edir. Bizimlə birlikdə, məhdudiyyətsiz bir səyahət təcrübəsi yaşayın və bütün diqqətinizi yeni məkanları keşf etməyə verin. Xəyallarınıza ən uyğun olanı həyata keçirmək üçün burdayıq!
Xidmətlərimizi Kəşfedin

Turistik, Avtotur Milli və Tibbi Müalicə Vizası Dəstəyi

Sığorta
Xidmətləri

Avia və Qatar
Biletlərinin Satışı

Dəniz Kruizləri
İlə Səyahət

Transfer / Nəqliyyat
Xidmətləri

Hava Limanlarında
VIP Xidmət

Otellərin
Bronlaşdırılması

Tibbi
Xidmətlər

SƏYAHƏT DƏSTƏKÇİNİZ SLN-M MMC

Firmamız Haqqında

Uzun illərdir xidmət göstərən SLN-M MMC, turistik viza, milli viza, tibbi müalicə vizası və avtotur (Almaniya biznes) vizası, bu vizaların sənədlərinin hazırlanması və müraciət prosedurları ilə bağlı yardım edir. Bundan əlavə, avtomobil (icbari), səfər və əmlak sığortası kimi fərqli sığorta növlərini təklif edir.

Avia və Qatar biletlərinin satışı ilə də məşğul olan SLN-M MMC, səyahətçilərə uyğun təyyarə biletini tapmaq və rezervasiya etmək üçün kömək edir.

Dəniz kruizləri ilə unudulmaz bir təcrübəyə sahib olmaq istəyənlər üçün SLN-M MMC, böyük kruiz şirkətlərinin çeşitli tur variantlarını təklif edir. Transfer və nəqliyyat xidmətləri ilə səyahətinizi daha rahat edə bilərsiniz. Hava limanlarından otellərə, digər yerlərə olan transferləri təşkil etmək üçün SLN-M MMC sizə dəstək olur.

Səyahətinizi daha mükəmməl etmək üçün hava limanlarında VIP xidmətlər təklif edən SLN-M MMC, səyahətçilərə özəl xidmətlər təqdim edir. SLN-M MMC, otellərin bronlaşdırılması və tibbi xidmətlər kimi digər səyahət ehtiyaclarınızı da qarşılayır.

EHTİYACLARINIZA UYĞUN

Xidmətlərimiz

GÜVƏNLİ SƏYAHƏTƏ ADDIM ATIN

Turistik, Avtotur,Milli və Tibbi Müalicə Vizası Dəstəyi

SLN-M MMC olaraq ölkələr arası səyahət zamanı tələb olunan vizaların qaydada hazırlanmasına, sənədlərin tərcümə edilməsinə və lazımi sığortaların alınmasına dəstək veririk. Səfirlik tərəfindən tələb edilən bütün zəruri sənədlərin düzgün formada hazırlanmasında sizə yardım edərək səyahətinizi təşkil etmənizə kömək edirik. Shengen, UK, USA, turistik viza, milli viza, tibbi müalicə vizası və avtotur (Almaniya biznes vizası) vizalarının əldə edilməsi prosesində sizə rahatlıq və sürət təmin edirik.

Həmçinin, SLN-M MMC, Azərbaycana səyahət edən qonaqlara elektron vizanın (e-viza) alınmasında dəstək olur. E-viza prosesində rəhbərlik edərək lazımi sənədləri təşkil edir və bu prosesi asanlaşdırmağa kömək edir.

Unudulmaz bir səyahət təcrübəsi yaşamağınız üçün SLN-M MMC-nin seyahət mütəxəssisləri hər bir mərhələdə sizə kömək etməyə hazırdır.

GÖZLƏNİLMƏZ HALLARA QARŞI QORUNUN

Sığorta Xidmətləri

SLN-M MMC sizə Səyahət, avtomobil (icbari) və əmlak sığortası təklif edir. Səyahət, avtomobil və əmlak sığortası, həyatımızdakı dəyərli varlıqları qoruyur. Bu sığortalar, gözlənilməz hallara qarşı maliyyə yükünü azaldaraq təhlükəsizlik və dəstək verir. Doğru sığortanı seçərək, səyahətlərinizi rahatlıqla həyata keçirə bilər, avtomobillərinizi təhlükəsiz şəkildə istifadə edəbilər, ev və ya iş yerlərinizi qoruma altına ala bilərsiniz.

Səyahət sığortası, səyahət edərkən sağlamlıq problemləri, baqaj itkisi və ya gecikməsi, səyahətin ləğv edilməsi və ya gecikməsi kimi hallar üçün təhlükəsizlik təmin edir. Səyahət zamanı, hər hansı bir gözlənilməz vəziyyətlə üzləşmə ehtimalı hər zaman mövcuddur. Səyahət sığortası, bu kimi hallarla başa çıxmaq üçün maliyyəvi və loqistik dəstək verərək səyahətinizin təhlükəsizliyini və rahatlığını təmin edir.

Avtomobil sahiblərini gözlənilməz maddi itkilərdən qoruyan və qəza nəticəsində yaranan maddi zərərləri də ödəyən avtomobil sığortası, nəqliyyat hadisələri, oğurluq, yanğın, tabii fəlakətlər kimi risklərə qarşı avtomobil sahiblərini qorumaq üçün vacibdir.

Əmlak sığortası ev və ya iş yerlərində meydana gələ biləcək yanğın, su basması, oğurluq, tabii fəlakətlər kimi risklərə qarşı qorunmasını təmin edir. Bu sığorta, mülk sahiblərini gözlənilməz maddi itkilərdən qoruyaraq evlərini və ya iş yerlərini təhlükəsiz saxlayır.

SƏYAHƏTİNİZƏ İSTİQAMƏT VERİN

Avia və Qatar Biletlərinin Satışı

SLN-M MMC olaraq, səyahət etmək istədiyiniz hər bir istiqamət və tarix üzrə sizin üçün ən uyğun qiymətlərdə avia və qatar biletləri təmin etmək üçün AZAL, Türk Hava Yolları və Qatar Airways kimi beynəlxalq hava yolu şirkətləri ilə yanaşı bir çox ölkənin dəmiryolu şirkətləri ilə əməkdaşlıq edirik.

SLN-M MMC olaraq, səyahət etmək istədiyiniz hər bir destinasiyada sizi dəstəkləyir və sizə seyahətiniz boyunca rahatlıq və keyfiyyət təmin etmək üçün fəaliyyət göstəririk.

MAVİ DƏNİZLƏRİN SƏSİ SİZİ ÇAĞIRIR

Dəniz Kruizləri ilə Səyahət

Kruiz turlarımız sizə şəhərlərin, adaların və dəniz kənarlarının ən gözəl məkanlarını təqdim edir, sizi fərqli mədəniyyətlərlə tanış edir və dənizin sakin atmosferində rahatlamadan zövq alma imkanı verir. Kruiz turlarımızla dünya şəhərlərinin cazibəsini keşf edəcək, şahər turları ilə turistlərin sevdiyi məkanlara səyahət edəcəksiniz. Mavi bir macəra üçün bizimlə əlaqə saxlayın. Sizin üçün mükəmməl səyahət təcrübəsi təşkil edək.

SƏYAHƏTLƏRİNİZ KONFORTLU OLSUN

Transfer və Nəqliyyat Xidmətləri

SLN-M MMC, səyahət etdiyiniz şəhərlərdə təyin etdiyiniz konfort səviyyəsinə uyğun standart və VIP sinif avtomobillərin kirayəyə verilməsi, təcrübəli sürücülərin sizə dəstək olması, şəhər daxilindəki transfer xidmətlərinin təşkil edilməsi kimi tələblərinizə cavab verir. Bizimlə əlaqə saxlayarak xidmətlərimiz haqqında ətraflı məlumat alın və bizə tələblərinizi bildirin.

SLN-M MMC olaraq, səyahət etmək istədiyiniz hər bir destinasiyada sizi dəstəkləyir və sizə seyahətiniz boyunca rahatlıq və keyfiyyət təmin etmək üçün fəaliyyət göstəririk.

KEYFİYYƏTLİ SƏYAHƏT, UNİKAL TƏCRÜBƏ

Hava Limanlarında Vip Xidmət

Uçuşdan əvvəl və sonra özünüzə məxsus VIP imkanlar, xüsusi nəqliyyat vasitələri ilə şəxsi transfer, arzuladığınız dil seçimi ilə bələdçi xidməti, baqaj prioritet tələbi kimi çoxsaylı şəxsi VIP xidmətlərimizdən istifadə etmək və ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın. Uçuş təcrübənizi daha da yüksəltmək üçün biz buradayıq, sizin üçün unikal imkanlar yaradırıq.

XÜSUSİ XİDMƏT, EVİNİZDƏKİ RAHATLIQ

Otellərin Bronlaşdırılması

SLN-M MMC, səyahət təcrübənizi maksimum komfortla yaşamağınızı təmin edərək, evinizdəki mühitə bənzər hissləri yaşayacağınız seçilmiş otelləri sizin üçün bronlaşdırır. Xüsusi xidmət keyfiyyəti ilə fərqlənən və sərfəli qiymətləri ilə üzünüzü güldürəcək, istədiyiniz rahatlığa malik olan otellərdə zövq alacağınız bir təcrübə yaşamağınızı təmin edirik.

SLN-M MMC olaraq, səyahət etmək istədiyiniz hər bir destinasiyada sizi dəstəkləyir və sizə seyahətiniz boyunca rahatlıq və keyfiyyət təmin etmək üçün fəaliyyət göstəririk.

SAĞLAMLIĞINIZA DƏYƏR VERİRİK

Tibbi Xidmətlər

SLN-M MMC olaraq, müraciət edən xəstələrin sürətli şəkildə tibbi yardım almasına imkan vermək  məqsədi ilə Almaniyanın mütəxəssis həkimləri ilə görüş təyin etmək, viza üçün sənədləri toplamaq,  xəstənin səyahət prosesində rahatlığını təmin etmək, müayinə və müalicə prosesinə dəstək olmaq kimi xidmətlər göstəririk. Çətinlikləri azaltmaq, səhhətinizi qorumaq və müraciət etdiyiniz tibbi xidmətləri əldə etməniz üçün daima yanınızdayıq.

XİDMƏTLƏRİMİZ HAQQINDA

Tez-Tez Verilən Suallar

Əlavə suallarınız üçün bizimlə əlaqə saxlayın

SLN-M MMC, turistik viza, milli viza, tibbi müalicə vizası və avtotur (Almaniya biznes vizası) vizası, bu vizaların sənədlərinin hazırlanması və müraciət prosedurları ilə bağlı yardım edir.

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansi formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Sifariş verəcəyiniz turun statusuna görə, vəziyyət dəyişə bilər. Turu sifariş etməzdən əvvəl, bizimlə əlaqə qurmağınızı tövsiyə edirik.

SLN-M MMC olaraq, müraciət edən xəstələrin sürətli şəkildə tibbi yardım almasına imkan vermək  məqsədi ilə Almaniyanın mütəxəssis həkimləri ilə görüş təyin etmək, viza üçün sənədləri toplamaq,  xəstənin səyahət prosesində rahatlığını təmin etmək, müayinə və mualicə prosesinə dəstək olmaq kimi xidmətlər göstəririk.